Oktyabr ayı süd vəzi xərçəngi ilə bağlı maarifləndirmənin artırılması, erkən diaqnostikanın əhəmiyyətinin vurğulanması və sağlamlığa diqqətin təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır.

Süd vəzi xərçənginin erkən mərhələdə aşkarlanması müalicənin effektivliyi baxımından mühüm rol oynayır. Bu səbəbdən hər bir qadının öz sağlamlığına diqqətlə yanaşması, həkim tövsiyələrinə uyğun müayinələrdən keçməsi və xəstəlik barədə məlumatlı olması vacibdir. 

Bakı Avrasiya Kolleci olaraq, süd vəzi xərçəngi ilə bağlı maarifləndirmə işlərinin genişləndirilməsini, sağlam həyat tərzinin təşviqini və cəmiyyətdə sağlamlıq mədəniyyətinin formalaşdırılmasını dəstəkləyirik.