Bakı Avrasiya Kollecində süd vəzi xərçəngi ilə bağlı məlumatlılığın artırılması, erkən diaqnostikanın əhəmiyyətinin vurğulanması və sağlam həyat tərzinin təşviqi məqsədilə “Çəhrayı Oktyabr” maarifləndirmə ayı çərçivəsində tədbir keçirilib.
Tədbirdə onkoloq-cərrah-mammoloq Dr. Lətifə Məhərrəmova və Bakı Avrasiya Universitetinin müəllimi, klinik psixoloq Aysel Əliyeva iştirak ediblər.
Çıxışlar zamanı süd vəzi xərçənginin erkən mərhələdə aşkarlanmasının əhəmiyyəti, mütəmadi tibbi müayinələrin rolu, xəstəliklə bağlı risk faktorları və profilaktik tədbirlər haqqında ətraflı məlumat verilib. Bununla yanaşı, xəstəliklə mübarizə aparan qadınlara psixoloji dəstəyin göstərilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
İnteraktiv müzakirələrlə davam edən tədbir tələbələrin sağlamlıqla bağlı məlumatlılığının artırılmasına, erkən diaqnostikanın vacibliyinin təşviqinə və sağlamlıq mədəniyyətinin formalaşdırılmasına töhfə verib.
Bakı Avrasiya Kolleci cəmiyyətdə sağlamlıqla bağlı maarifləndirmə işlərinin aparılmasını və sağlam həyat tərzinin təşviqini dəstəkləyir.