18 oktyabr 1991-ci il tarixində “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin bərpasında və müasir Azərbaycan dövlətinin formalaşmasında mühüm tarixi mərhələ olmuşdur.
Müstəqilliyin bərpası Azərbaycan xalqının azadlıq iradəsinin, milli birliyinin və öz müqəddəratını müəyyən etmək əzminin təcəssümüdür. Dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi, milli dövlətçilik ənənələrimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi hər birimizin üzərinə mühüm məsuliyyət qoyur.
Bakı Avrasiya Kolleci olaraq, xalqımızın müstəqillik ideallarına sadiqliyini, milli-mənəvi dəyərlərimizin qorunmasını və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsini vacib hesab edirik.