Bakı Avrasiya Kolleci Tələbə Gənclər Təşkilatının (BAAK TGT) təşkilatçılığı ilə tələbə gənclərin canlı aləm haqqında biliklərinin genişləndirilməsi və ekoloji maarifləndirilməsi məqsədilə Bakı Zooloji Parkına maarifləndirici ekskursiya təşkil olunub.
Ekskursiyada BAAK TGT-nin sədri, İdarə Heyətinin üzvləri və tələbə gənclər iştirak ediblər.
Ekskursiyanın əsas məqsədi iştirakçıların müxtəlif heyvan növləri ilə yaxından tanış olmalarına şərait yaratmaq, onların həyat tərzi və xüsusiyyətləri haqqında biliklərini artırmaq, eləcə də təbiətin və biomüxtəlifliyin qorunmasının əhəmiyyətinə diqqət çəkmək olub.
Səfər çərçivəsində iştirakçılar müxtəlif heyvan növləri haqqında məlumat əldə edib, canlı aləmin zənginliyi və təbiətin mühafizəsinin vacibliyi ilə bağlı biliklərini genişləndiriblər. Bu təşəbbüs tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, ekoloji şüurunun inkişaf etdirilməsi və ətraf mühitə məsuliyyətli münasibətin təşviqi baxımından əhəmiyyət daşıyıb.
Ekskursiyanın təşkilinə yaradılan şəraitə, göstərilən diqqətə və qonaqpərvərliyə görə Bakı Zooloji Parkının rəhbərliyinə və əməkdaşlarına təşəkkürümüzü bildiririk!