Bakı Avrasiya Kolleci Tələbə Gənclər Təşkilatının (BAAK TGT) təşkilatçılığı ilə “Strateji Biznes İnkişaf Proqramı” çərçivəsində “Uğurlu biznes qurmağın əsas prinsipləri” mövzusunda maarifləndirici görüş keçiriləcək. Görüşün qonağı azərbaycanlı iş adamı, “Mario Russo” brendinin yaradıcısı Ruslan Məmmədov olacaq.
Görüş zamanı uğurlu biznesin qurulmasının əsas prinsipləri, sahibkarlıq fəaliyyətinin təşkili, biznes ideyalarının reallaşdırılması yolları və davamlı inkişaf imkanları ətrafında müzakirələr aparılacaq. İştirakçılar qonağın təcrübəsi ilə tanış olmaq, sahibkarlıq sahəsində biliklərini genişləndirmək və onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər. Layihənin əsas məqsədi tələbə-gənclərin biznes sahəsində bilik və bacarıqlarını artırmaq, onlarda sahibkarlıq düşüncəsini formalaşdırmaq, həmçinin gələcək peşəkar fəaliyyətlərinə dəstək olmaqdır.