21–27 oktyabr tarixlərində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisində Bakı Avrasiya Kollecinin nümayəndələri də iştirak ediblər. Kolleci tədbirdə kitabxana müdiri Ofeliya Quliyeva, Tələbə Gənclər Təşkilatının sədri və tələbə-gənclər təmsil ediblər.
Bakı Beynəlxalq Kitab Sərgisi mütaliə mədəniyyətinin təşviqi, nəşriyyat sahəsindəki yeniliklərin təqdim olunması, eləcə də milli və dünya ədəbi irsinin təbliği baxımından mühüm əhəmiyyət daşıyan tədbirlərdən biridir.
Sərgi çərçivəsində kollecin nümayəndələri müxtəlif nəşrlərlə tanış olub, yeni kitablar və nəşriyyat sahəsindəki yeniliklər haqqında məlumat əldə ediblər. İştirakçılar, həmçinin kitabın elmi, mədəni və ictimai inkişafda oynadığı mühüm rol barədə biliklərini zənginləşdirmək imkanı qazanıblar.
Bakı Avrasiya Kollecinin bu cür maarifləndirici və mədəni tədbirlərdə iştirakı tələbə-gənclərin intellektual inkişafına dəstək olmaq, onların mütaliəyə marağını artırmaq, dünyagörüşünü genişləndirmək və ədəbi-mədəni mühitdə fəallığını təşviq etmək baxımından xüsusi əhəmiyyət kəsb edir.