Bakı Avrasiya Kollecində tədris prosesi nəzəri biliklərin praktik bacarıqlarla uzlaşdırılması, yaradıcılıq və innovativ yanaşmalar əsasında təşkil olunur.
Ümumtəhsil və humanitar fənn birləşmə komissiyasının müəllimi İradə Hümbətovanın rəhbərliyi ilə Mühasibat uçotu ixtisasının II kurs tələbələri “Xarici dildə işgüzar və akademik kommunikasiya” fənni çərçivəsində ingilis dilində “Peşələr” mövzusunda təqdimatla çıxış ediblər.
Tələbələr həkim, polis, aktyor və rəssam peşələrini səhnələşdirərək müxtəlif peşələrin xüsusiyyətlərini ingilis dilində təqdim ediblər. Bununla yanaşı, Uilyam Şekspirin dünya şöhrətli “Romeo və Cülyetta” (Romeo and Juliet) əsərindən səhnələri ingilis dilində canlandıraraq dil biliklərini, yaradıcılıq qabiliyyətlərini və səhnə bacarıqlarını nümayiş etdiriblər.
Belə interaktiv təlim metodları tələbələrin xarici dildə danışıq və ünsiyyət bacarıqlarının inkişafına, özünəinamlarının artırılmasına, komanda şəklində işləmək vərdişlərinin formalaşmasına və nəzəri biliklərin praktikada tətbiqinə geniş imkan yaradır.
Bakı Avrasiya Kollecində bu kimi yaradıcı tədris təşəbbüsləri tələbəyönümlü təhsil mühitinin formalaşdırılmasına və gənclərin hərtərəfli inkişafına xidmət edir.