Bakı Avrasiya Kolleci Tələbə Gənclər Təşkilatının (BAAK TGT) təşkilatçılığı ilə kollecdə azərbaycanlı iş adamı, “Mario Russo” brendinin yaradıcısı Ruslan Məmmədovun iştirakı ilə “Uğurlu biznes qurmağın əsas prinsipləri” mövzusunda maarifləndirici görüş keçirilib.

Görüş zamanı Ruslan Məmmədov sahibkarlıq fəaliyyəti, biznesin qurulması və inkişaf etdirilməsi, sahibkarlıq düşüncəsinin formalaşdırılması, düzgün strategiyanın müəyyənləşdirilməsi və biznesdə uğura aparan əsas amillər haqqında tələbələrlə öz təcrübəsini bölüşüb.

İnteraktiv müzakirə formatında davam edən görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb, biznes və sahibkarlıq fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Belə maarifləndirici görüşlərin keçirilməsi tələbələrin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, onların biznes sahəsinə marağının artırılması, gələcək karyera hədəflərinin müəyyənləşdirilməsi və praktiki biliklərinin zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.