Bakı Avrasiya Kollecinin İqtisadiyyat və idarəetmə fənn birləşmə komissiyasının müəllimi Esmira Kazımovanın təşkilatçılığı ilə tələbələr Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi Hüseyn Cavidin “Ana” əsəri əsasında hazırlanmış tamaşanı Akademik Milli Dram Teatrında izləyiblər.

Ana məhəbbətinin ucalığını, mərhəmət, vicdan və humanizm kimi ali mənəvi dəyərləri özündə əks etdirən tamaşa tələbələrə əsərin ideya-məzmununu daha dərindən anlamaq, obrazların mənəvi dünyasını səhnə vasitəsilə dərk etmək və Azərbaycan milli dramaturgiyasının zəngin irsi ilə yaxından tanış olmaq imkanı yaradıb.

Teatr tamaşasının izlənilməsi tələbələrin bədii-estetik dünyagörüşünün zənginləşdirilməsi, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi və klassik Azərbaycan ədəbiyyatına marağının artırılması baxımından mühüm əhəmiyyət daşıyıb.

Bakı Avrasiya Kollecində bu kimi mədəni-maarifləndirici tədbirlərin təşkili tələbələrin intellektual və mənəvi inkişafına, onların milli mədəniyyətimizə və ədəbi irsimizə daha yaxından bələd olmasına xidmət edir.