Bakı Avrasiya Kolleci Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Azərbaycan kinosunun klassik nümunələrindən biri olan “O olmasın, bu olsun” (1956) bədii filminin nümayişi təşkil olunacaq.

Layihənin əsas məqsədi tələbələr arasında milli kino irsinin təbliği, Azərbaycan kinematoqrafiyasına marağın artırılması və gənclərin mədəni dünyagörüşünün zənginləşdirilməsidir.

Təşəbbüs çərçivəsində, həmçinin tələbələrin asudə vaxtlarının səmərəli təşkili, milli mədəniyyətə bağlılığının gücləndirilməsi və kollektiv mühitdə mədəni ünsiyyətin inkişaf etdirilməsi nəzərdə tutulur.

Bakı Avrasiya Kollecində bu kimi mədəni-maarifləndirici layihələrin həyata keçirilməsi tələbələrin milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsinə və onların mədəni həyatında fəal iştirakının təşviqinə xidmət edir.