Bakı Avrasiya Kollecində daxili keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi istiqamətində yeni təlimlərə başlanılıb.
Təlimlər çərçivəsində öyrənmə və öyrətmə prosesləri, tədrisin təşkili, sosial təsir, tələbəyönümlü və müəllimyönümlü təhsil modelləri ətrafında müzakirələr aparılıb. Müzakirələrdə kollecin akademik və inzibati heyətinin nümayəndələri iştirak ediblər.
Təlim zamanı müasir təhsil yanaşmalarının tətbiqi, tələbəyönümlü tədris metodlarının inkişaf etdirilməsi, innovativ təlim üsullarının tətbiqi, təlim nəticələrinin təkmilləşdirilməsi və tədris prosesində keyfiyyət göstəricilərinin yüksəldilməsi məsələlərinə xüsusi diqqət yetirilib.
Təlimçi qismində Bakı Dövlət Universitetinin rektor müşaviri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Asiman İlyasov çıxış edib.
Təlimlərin əsas məqsədi kollecdə tədris prosesini müasir tələblərə uyğunlaşdırmaq, təhsilin keyfiyyətini yüksəltmək və müəssisədə davamlı keyfiyyət mədəniyyətini formalaşdırmaqdır.