Bakı Avrasiya Kollecində tələbələrin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, biznes sahəsinə marağının artırılması və gələcək karyera imkanlarının genişləndirilməsi məqsədilə Dadashoy Business School-un təsisçisi Elvin Dadaşsoyun iştirakı ilə “Öz biznesinə başla” adlı seminar təşkil olunub.
Seminarın əsas məqsədi gəncləri biznes dünyasının imkanları ilə tanış etmək, onlarda sahibkarlıq düşüncəsini formalaşdırmaq, yeni biznes ideyalarının yaranmasına stimul vermək və öz biznesini qurmaq istəyən tələbələrə istiqamət göstərmək olub.
Tədbir zamanı Elvin Dadaşsoy biznes fəaliyyətinə başlamaq üçün zəruri ilkin addımlar, düzgün biznes ideyasının seçilməsi, bazar tələbatının öyrənilməsi, biznes planın hazırlanması, maliyyə resurslarının səmərəli idarə olunması və sahibkarlıq fəaliyyəti zamanı qarşıya çıxan çətinliklərin aradan qaldırılması barədə ətraflı məlumat verib.
Çıxış zamanı uğurlu biznes quruculuğunda məqsədyönlülüyün, davamlı öyrənmənin, düzgün qərarvermə bacarığının, təşəbbüskarlığın və risklərin düzgün qiymətləndirilməsinin əhəmiyyəti də vurğulanıb. İştirakçılar real biznes təcrübəsinə əsaslanan tövsiyələrlə tanış olmaq, sahibkarlıq fəaliyyəti ilə bağlı yeni biliklər əldə etmək və öz biznes ideyalarına fərqli perspektivdən yanaşmaq imkanı qazanıblar.
İnteraktiv formatda keçirilən seminar zamanı tələbələrin sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb və biznesə başlamaq istəyən gənclərlə praktiki tövsiyələr paylaşılıb.