Bakı Avrasiya Kollecində Ümumtəhsil və Humanitar Fənn Birləşmə Komissiyasının sədri Samirə İsmayılovanın rəhbərliyi və təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş silsilə dərslər təşkil edilib.
Tədbirlər “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin tədrisi çərçivəsində keçirilib. Əsas iştirakçıları tələbələr olan tədbirlərdə gənclər öz istedad və yaradıcılıqlarını nümayiş etdirərək yüksək vətənpərvərlik ruhunda şeirlər səsləndirib, musiqi nömrələri ifa edib, rəqs kompozisiyaları təqdim edib, həmçinin Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətini əks etdirən videoçarxlar hazırlayıblar.
Tədbirlərin hazırlanmasında və həyata keçirilməsində fənni tədris edən akademik heyət üzvləri Paşa Məmmədov, Xanım Quliyeva, Aynur Mirzəyeva, Elnazə Cabbarova, Zenfira Zəkəriyəyeva və Rövşənə Hacıyeva yaxından iştirak ediblər. Onların təşəbbüsü, dəstəyi və peşəkar fəaliyyəti tədbirlərin təşkilində mühüm rol oynayıb.
Tədbirlərin təşkilatçıları göstərdikləri dəstəyə görə akademik heyətin üzvlərinə, eləcə də fəallıqları, yaradıcılıqları və vətənpərvərlik ruhu ilə tədbirlərə xüsusi rəng qatan tələbələrə təşəkkürlərini bildiriblər.
Bu cür təşəbbüslər gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsi və Zəfər Gününün tarixi əhəmiyyətinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
Qarabağ Azərbaycandır! Zəfərimiz əbədi olsun!