8 Noyabr – Zəfər Günü münasibətilə Bakı Avrasiya Kollecində xalqımızın milli birliyini, qəhrəmanlıq salnaməsini və Vətənə bağlılığını əks etdirən tədbir təşkil olunacaq.
Tədbirin əsas məqsədi Azərbaycanın şanlı tarixinin təbliği, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi, eləcə də gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasıdır.
Tədbir çərçivəsində xalqımızın tarixi Zəfərinin əhəmiyyətinin vurğulanması, milli birlik və həmrəylik dəyərlərinin təbliği nəzərdə tutulur.
Bakı Avrasiya Kolleci bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və veteranlarımıza minnətdarlığını bildirir.
Zəfərimiz qürurumuz, tariximiz kimliyimizdir!