Bakı Avrasiya Kolleci Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə tələbələrin peşəkar inkişafının dəstəklənməsi, karyera bacarıqlarının artırılması və əmək bazarına hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə “Uğurlu müsahibə: İşə qəbul prosesi” mövzusunda simulyasiya-seminar təşkil olunacaq.
Seminarın qonağı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Planlaşdırılması və İnkişafı kafedrasının müəllimi, karyera məsləhətçisi Sevinc Burzuyeva olacaq.
Tədbir çərçivəsində işə qəbul prosesinin mərhələləri, müsahibə zamanı diqqət yetirilməli məqamlar, özünü düzgün təqdimetmə bacarıqları, işəgötürənlərin namizədlərdən gözləntiləri və uğurlu müsahibənin əsas prinsipləri müzakirə ediləcək.
Nəzəri biliklərlə yanaşı, praktiki simulyasiyalar vasitəsilə iştirakçılar iş müsahibəsi təcrübəsi qazanmaq, öz bacarıqlarını sınamaq və real işə qəbul prosesinin xüsusiyyətləri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.