Bakı Avrasiya Kollecinin İqtisadiyyat və İdarəetmə Fənn Birləşmə Komissiyasının müəllimi Esmira Kazımovanın təşkilatçılığı ilə tələbələr Akademik Milli Dram Teatrında olublar.
Tələbələr dünya ədəbiyyatının görkəmli nümayəndəsi Fyodor Mixayloviç Dostoyevskinin “Dayımın yuxusu” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşanı izləyiblər.
Tamaşa tələbələrə klassik ədəbiyyat nümunəsinin teatr səhnəsindəki təcəssümü ilə tanış olmaq, əsərin məzmununu, ideya və bədii xüsusiyyətlərini daha dərindən anlamaq baxımından maraqlı təcrübə qazandırıb.
Bu cür mədəni tədbirlərin təşkili tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, bədii ədəbiyyata və teatr sənətinə marağının artırılması, eləcə də onların estetik zövqünün və mədəni inkişafının dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bakı Avrasiya Kolleci tələbələrin yalnız akademik biliklərinin deyil, həm də mədəni və intellektual potensialının inkişafına xüsusi önəm verir.