Bakı Avrasiya Kolleci və Bakı Avrasiya Kolleci Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə tələbələrin karyera inkişafının dəstəklənməsi məqsədilə maarifləndirici görüş keçirilib.
Görüşün qonağı karyera məsləhətçisi və karyera planlaması üzrə müəllim, eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Öyrənmə Analitikası və Qiymətləndirmə” sektorunun müdiri Sevinc Burzuyeva olub.
Görüş zamanı tələbələrin gələcək peşəkar inkişafı və əmək bazarına hazırlığı baxımından mühüm əhəmiyyət daşıyan CV və rezümenin hazırlanması, iş müsahibəsinə hazırlıq və karyera planlaması məsələləri ətrafında ətraflı müzakirələr aparılıb.
Tədbir çərçivəsində aşağıdakı mövzulara xüsusi diqqət yetirilib:
İnteraktiv formatda davam edən görüşdə tələbələr onları maraqlandıran sualları ünvanlayıb, fikir mübadiləsi aparıb və gələcək karyera planlaması ilə bağlı dəyərli tövsiyələr əldə ediblər.
Bu kimi maarifləndirici görüşlərin təşkili tələbələrin peşəkar bacarıqlarının inkişaf etdirilməsi, əmək bazarının tələblərinə uyğun hazırlanmaları və gələcək karyera hədəflərinə daha inamla addımlamaları baxımından mühüm əhəmiyyət daşıyır.