Bakı Avrasiya Kollecində əcnəbi tələbələrin iştirakı ilə maarifləndirici görüş təşkil olunacaq.
Görüşün əsas məqsədi əcnəbi tələbələri Azərbaycanın zəngin mədəniyyəti, milli adət-ənənələri ilə tanış etmək, eyni zamanda Bakı Avrasiya Kollecində mövcud olan təhsil imkanları, tələbə həyatı və həyata keçirilən müxtəlif fəaliyyətlər barədə ətraflı məlumat verməkdir.
Tədbir çərçivəsində müxtəlif mədəniyyətlərin nümayəndələri arasında ünsiyyətin və qarşılıqlı təcrübə mübadiləsinin təşviqi, tələbələr arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi də nəzərdə tutulur.
Bakı Avrasiya Kolleci fərqli mədəniyyətləri bir araya gətirən, tələbələrin yalnız akademik biliklərinin deyil, həm də sosial və şəxsi inkişafının dəstəkləndiyi təhsil mühitinin formalaşdırılmasına xüsusi önəm verir.
Görüş bütün tələbələr üçün açıqdır və onların fəal iştirakı gözlənilir.