• Ak. H.Əliyev küç., 135A, Bakı, AZ1073
  • +994 12 564-92-70
  • info@baak.edu.az
EN RU TR

Dekabrın 9-da Narkomaniyaya Qarşı Mübarizə tədbirləri çərçivəsində “Psixoaktiv maddələrdən istifadənin risk amilləri” mövzusunda tədbir keçirilib.Kollecin tələbələrinin qatıldığı tədbirdə Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının sektor müdiri Raqif Allahverdiyev, Daxili İşlər Nazirliyi baş narkotiklərlə mübarizə idarəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Seymur Quliyev, Azərbaycan Milli antidopinq agaentliyinin media və kommunikasiya şöbəsinin müdiri Vamiq Nasirov, Respublika narkoloji mərkəzinin həkimi Rövşən Kərimli, psixoloq Nərgiz Bağırova-Kərimli iştirak ediblər.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxışı zamanı bildirdi ki, bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir. O daha sonra dedi ki, görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, narkomaniyanın miqyasının genişlənməsi dövlətləri daha sərt addımlar atmağa məcbur edir. Narkomanlığa qarşı qətiyyətlə mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə bu istiqamətdə atılan qətiyyətli addımlar nəticəsində son illərdə mühüm uğurlar əldə olunub. R.Zeyni daha sonda dedi ki, Azərbaycanın 44 günlük müharibədə qələbə qazanması xarici düşmənləri ölkəmizə qarşı yeni vasitələrə əl atmasına səbəb olub. Bu isə cəmiyyətimizdə narkomaniyanın yayılması ilə bağlıdır.

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının sektor müdiri Raqif Allahverdiyev bildirdi ki, Azərbaycanın gələcəyi olan gənclərimizə diqqət və qayğı daha qabarıq sezilir. Ardıcıl şəkildə qəbul olunan Dövlət proqramları gəncliyin inkişafına, onların potensial imkanlarının genişləndirilməsinə müsbət təsir göstərir. O daha sonra narkotik aludəçilərin özlərinə, ailələrinə və bütövlükdə cəmiyyətə vurduğu ziyanlardan danışdı.

Daxili İşlər Nazirliyi baş narkotiklərlə mübarizə idarəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Seymur Quliyev bu ilin on ayı ərzində 7951 cinayət hadisəsinin baş verdiyini, dövriyyədən tonlarla narkotik vasitələr çıxarıldığını iştirakçıların diqqətinə çatdırdı. Hüquq-mühafizə orqanlarının bu sahədəki fəaliyyəti barədə geniş məlumat verdi.

Azərbaycan Milli antidopinq agaentliyinin media və kommunikasiya şöbəsinin müdiri Vamiq Nasirov çıxış edərək bdedi ki, gənclərin hərtərəfli püxtələşməsi məqsədilə onlarda idmana olan marağın artırılmasında, mədəni-kütləvi tədbirlərin sayının artırılmasında, bununla əlaqədar müxtəlif komplekslərin, o cümlədən Olimpiya İdman komplekslərinin inşasında məqsəd sağlamlığın təmin edilməsi ilə yanaşı, insanların belə ağır fəsadlar törədən vərdişlərdən uzaqlaşdırılmasına nail olmaqdır. Amma təəssüf ki, narkotik vasitələr müxtəlif adlar altında idmançılara da çatdırılır. O çıxışı zamanı qida əlavələrinə olunan qatqıların təhlükələrindən və asılılıq yaratmasından danışdı.

Respublika narkoloji mərkəzinin həkimi Rövşən Kərimli, psixoloq Nərgiz Bağırova-Kərimli də çıxış edərək narkotik istifadəçilərinin sosial, psixi vəziyyəti, müalicəsi, cəmiyyətə adaptasiyası ilə bağlı qarşılaşdıqları konkret halları bölüşdülər. Narkomanların həm ailələri, həm dostları, həm də cəmiyyət üçün ciddi problemə çevrildiyini və hamılıqla ona qarşı mübarizənin vacibliyini vurğuladılar.