Bakı Avrasiya Kollecinin 62 tələbəsi və 13 inzibati heyət üzvünün iştirakı ilə 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini əks etdirən “44” bədii filminin nümayişi təşkil olunub.
Filmdə əks olunan hadisələr, döyüş səhnələri və insan taleləri iştirakçılara tarixi Zəfərin arxasında dayanan böyük fədakarlığı, xalqımızın sarsılmaz iradəsini və Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığını bir daha dərindən hiss etdirib.
Xüsusilə gənc nəslin, o cümlədən oğlan tələbələrin ekran əsəri vasitəsilə Vətənə xidmət, mənəvi məsuliyyət, cəsarət və milli kimliyə bağlılıq kimi dəyərləri daha dərindən dərk etməsi nümayişin mühüm mənəvi əhəmiyyətini təşkil edib.
Təşəbbüsün əsas məqsədi tələbələrdə tarixi yaddaşın möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi və Vətən müharibəsinin qəhrəmanlıq tarixinin gələcək nəsillərə çatdırılmasıdır.
Filmin yaradıcı heyətinə və obrazları böyük ustalıqla canlandıran aktyorlara təşəkkürümüzü bildiririk. Onların peşəkar ifası tarixi hadisələrin və qəhrəmanlıq salnaməsinin tamaşaçılara daha təsirli şəkildə çatdırılmasına mühüm töhfə verib.
44 günün qəhrəmanlığı tariximizə, Zəfərin qüruru isə yaddaşımıza əbədi həkk olunub!
Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə və veteranlarımıza möhkəm cansağlığı, xalqımıza daim birlik və əbədi Zəfər qismət olsun!