17 noyabr tarixində Bakı Avrasiya Kollecində tələbələrin iştirakı ilə “Sənin səsin, sənin hüququndur!” adlı maarifləndirici görüş keçiriləcək.

Görüşün əsas məqsədi tələbələrin hüquqi biliklərinin artırılması, hüquq və vəzifələri barədə məlumatlandırılması, öz hüquqlarını tanımaq və müdafiə etmək, eləcə də cəmiyyətdə fəal vətəndaş mövqeyi nümayiş etdirmək bacarıqlarının inkişaf etdirilməsidir.

Tədbirdə Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı və Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə, həmçinin Ahəng Psixologiya, Reabilitasiya və İnkişaf Mərkəzinin rəhbəri, ailə və uşaq psixoloqu Vüsalə Əmiraslanova iştirak edəcəklər.

Qonaqlar tələbələrlə öz peşəkar təcrübələrini bölüşəcək, mövzuya hüquqi, sosial və psixoloji aspektlərdən aydınlıq gətirəcək, gəncləri maraqlandıran sualları cavablandıracaqlar.

Bakı Avrasiya Kolleci olaraq inanırıq ki, hüquqlarını tanıyan, öz fikrini sərbəst ifadə edən və hüquqi məsuliyyətini dərk edən gənclər sağlam, demokratik və güclü cəmiyyətin formalaşmasında mühüm rol oynayırlar.