Bakı Avrasiya Kollecində 19 noyabr saat 10:40-da Vətən müharibəsi iştirakçılarının iştirakı ilə “Qəhrəmanlarla görüş” adlı tədbir təşkil olunacaq.
Görüşün əsas məqsədi tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsi, gənc nəslə Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinin tanıdılması, şəhid və qazilərimizin şərəfli döyüş yolunun təbliği, eləcə də milli-mənəvi dəyərlərə bağlılığın artırılmasıdır.
Tədbir zamanı qəhrəmanlarımız öz döyüş xatirələrini, keçdikləri şərəfli yolu və Vətən uğrunda mübarizə təcrübələrini tələbələrlə bölüşəcəklər.
Hörmətli tələbələr və dəyərli əməkdaşlar!
Sizi qəhrəmanlarımızla bir araya gələcəyimiz bu əlamətdar görüşdə fəal iştirak etməyə dəvət edirik.
Qəhrəmanlarımızla bir arada olmaq, onların şərəfli həyat və mübarizə yolunu dinləmək hər birimiz üçün böyük qürur və mənəvi məsuliyyətdir!