Bakı Avrasiya Kollecində Maliyyə-İqtisad şöbəsinin təşəbbüsü ilə Maliyyə işi, Mühasibat uçotu, Vergi işi, Bank işi, Sığorta işi, Kargüzarlıq və Arxiv işi ixtisasları üzrə I və II kursların qrup nümayəndələrinin iştirakı ilə məlumatlandırıcı görüş təşkil olunub.
Görüşdə Maliyyə-İqtisad şöbəsinin müdir müavini və akademik məsləhətçilər iştirak ediblər.
Görüş zamanı əsas diqqət I kurs tələbələrinin imtahan prosesinə hazırlığına yönəldilib. Tələbələrə imtahanların strukturu, keçirilmə qaydaları, qiymətləndirmə prosesi və imtahan zamanı diqqət yetirilməli məqamlar barədə ətraflı məlumat verilib. Mövzu müxtəlif nümunələr əsasında izah olunub, iştirakçıların sualları cavablandırılıb.
Bununla yanaşı, tədris prosesinin təşkili, tədris olunan fənlər, qrupdaxili məsələlər, tələbələrin fikir və təklifləri, eləcə də qarşılaşdıqları çətinliklər ətrafında geniş müzakirələr aparılıb.
Tələbələrin müraciətlərinin dinlənilməsinə, təkliflərinin nəzərə alınmasına və onları maraqlandıran məsələlərin müzakirəsinə xüsusi diqqət yetirilib.
Bu kimi görüşlərin keçirilməsində əsas məqsəd tələbələrlə mütəmadi ünsiyyətin gücləndirilməsi, tədris prosesinin səmərəliliyinin artırılması və tələbə məmnunluğunun təmin edilməsidir.