• Ak. H.Əliyev küç., 135A, Bakı, AZ1073
  • +994 12 564-92-70
  • info@baak.edu.az
EN RU TR

Bu gün Bakı Kollecində Xocalı Soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Anım tədbirində kollec rəhbərliyi və tələbələr iştirak ediblər. Xocalı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.Tədbirində çıxış edən  kollecin tədris şöbəsinin müdiri Ofelya Abbasova  Xocalı faciəsi barədə ətraflı məlumat verərək dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirdi. Daha sonra çıxış edən  tədbir iştirakçıları bildirdilər ki , 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın “Dəmir Yumruq” əməliyyatı ilə başladığı 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qələbə çalaraq Xocalı qurbanlarının və bütün şəhidlərimizin intiqamını aldı.