• Ak. H.Əliyev küç., 135A, Bakı, AZ1073
  • +994 12 564-92-70
  • info@baak.edu.az
EN RU TR

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Bakı Avrasiya Kollecinin (BAAK) rəhbərliyi, müəllim və tələbə heyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.

Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı BAAK kollektivinə ermənilərin törətdikləri soyqırımı barədə ətraflı məlumat verilib.

Ziyarətçilərə məlumat verən kompleksin əməkdaşları bildirdilər ki, 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən kütləvi məzarlıq aşkar edilib və aparılan ilkin tədqiqat işlərinə əsasən məzarlığın 1918-ci ilin may ayında bolşevik-erməni silahlı dəstələri tərəfindən Qubanın əhalisinə qarşı törədilən soyqırımı olduğu müəyyənləşib. Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında-Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhaliyə qarşı törədilən soyqırımı tarixi öz əksini tapıb.