• Ak. H.Əliyev küç., 135A, Bakı, AZ1073
  • +994 12 564-92-70
  • info@baak.edu.az
EN RU TR

Təşkil edilən “Açıq dərs”lərin əsas məqsədi tədris prosesində öyrətmə və öyrənmə mühitinin səmərəli təşkili yolları, tələbələrin tədqiqatçılıq bacarığını üzə çıxarılması və müasir təlim texnologiyalarının tətbiqi istiqamətində qabaqcıl təcrübəni formalaşdırmaqdan ibarətdir.Kollecin Maliyyə işi üzrə akademik ixtisası qruplarında “İKT - baza kompüter bilikləri” fənnindən Salmanova Gülnaz Hacı qızı seminardan açıq dərs təşkil edilmişdir. Həmin dərsdə Apple, Google, Microsoft, Windows  komandaları iştirak etmişdir.Açıq dərs üçün müasir tədris metodlarından olan “Beyin həmləsi” interaktiv təlim növündən istifadə edilib. Bu təlim növü həm fənnin tədrisi üçün, həm də tələbələrin açıq dərsə aktiv yanaşmaları üçün uğurlu seçim olub.

   Açıq dərsdə kollec rəhbərliyi və müəllim heyəti də izləyici qismində iştirak etib.Sonda  komanda üzvlərinə həvəsləndirici hədiyyələr təqdim