• Ak. H.Əliyev küç., 135A, Bakı, AZ1073
  • +994 12 564-92-70
  • info@baak.edu.az
EN RU TR

  Abituriyentlər qəbulun rəsmiləşdirilməsi üçün 12 sentyabr saat 12:00-dan 21 sentyabr saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Portala yüklənməsi tələb olunan sənədlərin siyahısı 

  • Orta təhsil haqqında Attestat 
  • Şəxsiyyət vəsiqəsi
  • Hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi bilet(oğlanlar üçün) 
  • Təhsil haqqı ödəniş qəbzi
  • Ödənişlə bağlı çətinlikləri olanlara ödəniş möhləti verilir, bu halda illik təhsil haqqının 50 (əlli) %-i qeydiyyat müddətində ödənilməlidir, qalan 50 (əlli) %-nin ödənişinə 2022-ci il dekabrın 25-dək vaxt verilir. 
  • Təhsil haqqından azad olanların notarial təsdiqli müvafiq sənədləri( vəsiqələri).

  Əlavə suallarla bağlı Kollecin Qəbul Komissiyasına müraciət edə bilərsiniz:

Əlaqə tel.:☎️ +994 12 5649270, daxili nömrə 146; mob.: +994 55 310 24  44 (Kamil müəllim)📍 ;+994 77 411 52 86 Leyla xanım

 Təhsil haqqı ödənişi üçün Kollecin bank hesab nömrəsi

AZ 1100 Bakı şəh., H.Əliyev küç.,135A
Adı: ‘’ Kapital bank’’ ASC-nin Qara Qarayev filialı
Kodu: 200145
Vöen: 9900003611
Müxbir hesab: 
AZ37NABZ01350100000000001944
S.W.I.F.T.BİK: AIIBAZ2X
Adı: Bakı Avrasiya Kolleci MMC
Hesab N: AZ67AIIB40060019440422748114
VÖEN: 1504206421

Tələbə şəxsi işlərinin formalaşdırılması üçün aşağıdakı sənədlər 21 sentyabr 2022-ci il tarixində Kollecin Qeydiyyat ofisinə verilməlidir.

      SƏNƏDLƏRİN SİYAHISI

01 Tam orta təhsil haqqında attestatın (orta ixtisas və ya ali təhsil müəssisələrini bitirənlər üçün diplom) əsli
02 Şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilər: şəxsi pasport və ya icazə vəsiqəsi; vətəndaşlığı olmayan şəxslər: şəxsiyyət vəsiqəsi və ya icazə vəsiqəsi)
03 Anket
04 3×4 ölçüdə 4 ədəd fotoşəkil
05 Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti
06 Sağlamlıq haqqında arayış
07 Təhsil haqqı ödəniş qəbzi

 

 TƏHSİL HAQQINDAN AZADOLMALAR 

  • Valideyn himayəsindən məhrum olanlar;
  • Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları olan tələbələr;
  •  I və II dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar sırasından tələbələr;