• Ak. H.Əliyev küç., 135A, Bakı, AZ1073
  • +994 12 564-92-70
  • info@baak.edu.az
EN RU TR

31 oktyabr 2022-ci il tarixində Nərimanov rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Odlar Yurdu Universitetində “Zəfər Günü” münasibəti ilə “Tarixin qədim izləri-Qarabağ” adlı tələbələr arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilmişdi. İntellektual oyunun keçirilməsində məqsəd “Zəfər Günü”nü  yüksək səviyyədə qeyd etmək, gənclərin intellektual səviyyəsini, dünya görüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaq, onlar arasında biliklərin və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir. “Tarixin qədim izləri-Qarabağ” adlı “Nə? Harada? Nə zaman?” intellektual oyununda Nərimanov rayonunda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrindən 9 komanda, habelə Bakı Avrasiya Kollecinin komandasını  da 6 tələbə - Səfərov Sabir, Zeynalova Gülgün, Nurullayeva Samirə, Şəfiyev Nadir, Verdiyeva Tünzalə və Əliyeva Əsli  təmsil etmişdir.  Oyunda Bakı Avrasiya Kollecinin komandası 4-cü yeri tutmuş, Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli fəxri fərman və medallar ilə təltif olunmuşdur.