• Ak. H.Əliyev küç., 135A, Bakı, AZ1073
  • +994 12 564-92-70
  • info@baak.edu.az
EN RU TR

Yanvarın 5-dən etibarən Bakı Avrasiya Kollecində 2022\2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb. İmtahanlar yazılı şəkildə 2 növbədə, 2 saat -10:00-12:00 və 14:00-16:00 aralığında keçirilir. Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və şikayətlərin araşdırılmasını təmin edəcək.

   Sessiya fevralın 2-dək davam edəcək.