• Ak. H.Əliyev küç., 135A, Bakı, AZ1073
  • +994 12 564-92-70
  • info@baak.edu.az
EN RU TR

Bakı Avrasiya kollecində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr edilmiş tədbir kecirilmişdir.

Tədbirdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il 20 yanvar hadisələri bir daha anılmış və Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi qəhrəmanlıq tariximiz kimi vurğulanmışdır.

Bakı Avrasiya kollecinin Direktoru Aytən Hüseynova bildirib ki, 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənərək Bakı küçələrinə və meydanlarına axışan geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.Lakin bu faciəli günlər  ölkəmizin , xalqımızın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarımız canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar və bu günki müstəqil Azərbaycanı bizə nəsib etdilər.İllər keçəcək ancaq 20 yanvar azadlığımızın şanlı tarixi olaraq qalacaq.

Tədbirdə Bakı Avrasiya kollecinin  kollektivi ilə yanaşı bu şanlı tarixi birgə anan Azərbaycanın Milli Qeyri-Hökumət Təşkilatları Forumunun əməkdaşları da şanlı tariximizin mərd oğullarını yad ediblər. Azərbaycanın Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni də çıxışında  böyük itkilərlə, eləcə də  günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar tarixi  azadlığımızın, müstəqilliyimizin xalqımızın mübarizliyinin, əyilməzliyinin, məğrurluğunun parlaq və silinməz  nümayişi olduğunu qeyd etdi. Tədbirin sonunda 20 yanvar şəhidlərinə həsr olunmuş Rafiq Səməndərin “Şəhidlər” kitabı tələbələrə təqdim edilmiş və 20 Yanvar tarixi səlnaməsi haqqında tələbələrə geniş məlumatlar verilmişdir.