• Ak. H.Əliyev küç., 135A, Bakı, AZ1073
  • +994 12 564-92-70
  • info@baak.edu.az
EN RU TR

13-14 fevral tarixlərində Bakı Avrasiya Kollecində fənn birləşmə komisiyyalarının yarımillik hesabatına dair iclaslar keçirilib. 

 İclasın gündəliyinə dair məsəslələrlə bağlı məsul şəxslərin çıxışları dinlənilib.  Ümumilikdə aşağıda qeyd olunan məsələlər müzakirə olunub: 

1. Payız semestrinin imtahan sessiyasının yekunu 

2. Tədris ilinin 1-ci yarısında kollecdə görülmüş təlim-tərbiyə işləri 

3. Dərslərin monitorinq nəticələri 

4. Cari məsələlər və tədris ilinin 2-ci semestrində gözləntilər. 

Qeyd olunan məsələlərlə bağlı tədris şöbəsinin müdiri Həyat Əliyeva, fənn birləşmə komissiya müdirləri Gülnaz Salmanova və Samirə İsmayılova, həmçinin daxili keyfiyyət təminatı və monitorinq sektorunun müdiri Sevinc Burzuyeva fikirlərini, statistikakarı, çatışmazlıqları qeyd edib, atılacaq addımlar haqqında pedaqoji heyətlə müzakirələr aparılıb.