Bakı Avrasiya Kolleci Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı ilə əməkdaşlığa başlayıb
Əməkdaşlıq çərçivəsində ilk təlim mərkəzin "Karyera Planlamsı" şöbəsinin mütəxəssisi Mikayıl Tağıyev tərəfindən həyata keçirilib. "Əmək bazarı və iş axtarma strategiyaları" adlı təlimdə kollecin 100-ə yaxın 2-ci kurs tələbəsi iştirak edib.