Bakı Avrasiya Kollecində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və "Yeni Gələcək" İctimai Birliyinin birgə təşəbbüsü ilə gənc qızların maarifləndirilməsi istiqamətində "Güclü qadın-güclü gələcək" adlı təlim həyata keçirilib. Təlim psixoloqların iştirakı ilə gənc qız tələbələrin hüquqlarının qorunulması, gender bərabərliyinin təmin olunması, qadın zorakılığı hallarının aradan qaldırılması kimi mövzuların müzakirəsi əsasında baş tutub.