• Ak. H.Əliyev küç., 135A, Bakı, AZ1073
  • +994 12 564-92-70
  • info@baak.edu.az
EN RU TR

Bakı Avrasiya Kollecində ulu öndər Heydər Əliyevin 100-cü il dönümünə həsr olunmuş konfrans keçirilib. Konfransda kollecdə təhsil alan 1 və 2-ci kurs tələbələri üç istiqamətdə 

1. Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı 

2. Heydər Əliyev və müasir təhsil sistemi 

3. Heydər Əliyev irsinin tədqiqi və təbliği  mövzularında təqdimatlarını nümayiş etdiriblər. Konfransda kollecin idarə heyəti ilə yanaşı dəvətlilər də iştirak edib. Tarixçi Məleykə Adıgözəlova tələbələrə bir daha Heydər Əliyev dühasının azərbaycançılıq ideologiyasının rolunu, mahiyyətini xatırladıb. 

 Konfransın sonunda iştirak edən tələbələr sertifikatlarla təltif olunublar.