• Ak. H.Əliyev küç., 135A, Bakı, AZ1073
  • +994 12 564-92-70
  • info@baak.edu.az
EN RU TR

Bakı Avrasiya Kollecinin "Mühasibat uçotu" ixtisası üzrə təhsil alan tələbələrin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində "İstehlak Mallarının Ekspertizası Mərkəzi" nin maliyyə müşaviri Emin Kazımovla görüşü baş tutub. 3 saat davam edən görüşdə tələbələr ixtisas üzrə karyera planlamasında atmalı olduğu addımları, peşəkar kadr kimi formalaşmaq üçün lazım olan nəzəri və praktiki bilik və bacarıqlara dair bütün suallarını ünvanlayıb. İnteraktiv şəkildə keçirilən görüşdə Emin Kazımov tələbələrlə görüşməkdən məmnunluq duyduğunu qeyd edib.