Bakı Avrasiya Kollecinin "Sığorta işi" ixtisası üzrə təhsil alan tələbələrin Azərbaycan Sığortaçılar Assosiasiyası ilə görüşü baş tutub. Görüşün açılışını edən Esmira Kazımova ASA-nın ekspert qrupunun üzvü Fariz Hacızadəni təqdim edərək tələbələrin akademik nailiyyətləri haqqqında məlumat verib. 3 saat davam edən görüşdə Fariz Hacızadə tələbələri maraqlandıran bir çox sualları cavabladırıb, ASA-nın fəaliyyəti haqqında məlumat verib, sığotra işi istiqamətində fəaliyyət göstərəcək potensial kadrlara lazım olan bilik və bacarıqlardan söz açıb.