• Ak. H.Əliyev küç., 135A, Bakı, AZ1073
  • +994 12 564-92-70
  • info@baak.edu.az
EN RU TR

"ƏLLİ1000" proqramı çərçivəsində  Bakı Avrasiya Universiteti (BAAU) Tələbə Gənclər Təşkilatı (TGT) və Bakı Avrasiya Kolleci (BAAK) Tələbə Gənclər Təşkilatının  birgə təşkilatçılığı ilə narkomaniya ilə bağlı  "Ağ ölümə yox deyək!" adlı tədbir keçirilmişdir.

   Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı dövlət səviyyəsində aparılan mübarizə tədbirlərindən, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədilə qəbul edilən Qanun və Dövlət Proqramlarının uğurla həyata keçirilməsindən, o cümlədən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının fəaliyyətindən danışıb. Eyni zamanda  təqdimat vasitəsilə narkotiklərin insan orqanizminə mənfi təsiri və ölümcül fəsadları barədə ətraflı məlumat verib. 

Sonda isə mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.