• Ak. H.Əliyev küç., 135A, Bakı, AZ1073
  • +994 12 564-92-70
  • info@baak.edu.az
EN RU TR

Bakı Avrasiya Kollecinin müəllimi Esmira Kazımovanın təşəbbüsü ilə  2-ci kurs "Sığorta işi" ixtisası üzrə təhsil alan tələbələrin "Atəşgah" Sığorta şirkəti ilə görüşü baş tutub. Görüşdə təhsilalanlara sığorta işində karyera planlaması və yüksəlişi,  lazım olan bilik və bacarıqlar, iş prosesi haqqında geniş məlumat verilib, həmçinin tələbələrin sualları cavablandırılıb. 

Görüşün sonunda tələbələrin qeyd olunan qurumda istehsalat təcrübəsinin keçirilməsinə dair razılıq əldə olunub.