• Ak. H.Əliyev küç., 135A, Bakı, AZ1073
  • +994 12 564-92-70
  • info@baak.edu.az
EN RU TR

Qeydiyyat:

Abituriyentlər qəbulun rəsmiləşdirilməsi üçün 14 sentyabr saat 11:00-dan 25 sentyabr saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri müəssisəyə göndərilməyəcək.

Portala yüklənməsi tələb olunan sənədlərin siyahısı 

  • Orta təhsil haqqında Attestat 
  • Şəxsiyyət vəsiqəsi
  • Hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi bilet 
  • Təhsil haqqı ödəniş qəbzi. 
  • Təhsil haqqından azad olanların notarial təsdiqli müvafiq sənədləri( vəsiqələri).

 

Müəssisədə qeydiyyat üçün tələb olunan sənədlər

  • Tam orta təhsil haqqında attestatın əsli (orta ixtisas və ya ali təhsil müəssisələrini bitirənlər üçün diplom)
  • Şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilər: şəxsi pasport və ya icazə vəsiqəsi; vətəndaşlığı olmayan şəxslər: şəxsiyyət vəsiqəsi və ya icazə vəsiqəsi)
  • 3×4 ölçüdə 4 ədəd fotoşəkil
  • DİM müsabiqəsinin nəticəsi
  •  Sağlamlıq haqqında arayış
  • Yaşayış yerindən arayış
  • Şəxsi kabinetin istifadəçi adı (FİN), iş nömrəsi, parol
  • Təhsil haqqı ödənişi qəbzi

 

Təhsil haqqından azadolmalar və güzəştlər

  • Dövlət büdcəsi hesabına:  
  1. Valideyn himayəsindən məhrum olanlar;
  2. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları olan tələbələr;
  3. I və II dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar sırasından tələbələr;
  4. Azərbaycan Respublikasının ərazi bütövlüyünün döyüş əməliyyatlarında iştirak etdiyinə görə Müharibə veteranı adı almış tələbələr;
  • Kollec hesabına
  1. Bir ailənin 2 və daha çox övladı Kollecə qəbul olunduqda, qəbul olanların hər birinə illik təhsil haqqından 200 (iki yüz) manat məbləğində güzəşt olunur (bu imtiyaz qəbul olanların eyni müddətdə təhsil aldıqları növbəti tədris illərinə də şamil olunur)

Qeyd. Dövlət büdcəsi hesabına təhsil almaq hüququnu təsdiq edən sənədlər Kollecin info@baak.edu.az  elektron ünvanına göndərilməlidir.

Təhsil haqqı ödənişi üçün Kollecin bank hesab nömrəs

Ünvan: Akademik H.Əliyev 135 A

VÖEN: 1504206421

Kapital Bank ASC-in Qara Qarayev filialı

Bankın VÖEN-i: 9900003611

Kod: 200145

H/H :AZ67AIIB40060019440422748114

M/H: AZ37NABZ01350100000000001944

S.W.İ.F.T. BİK AIIBAZ2X

 

 

Sənədlərin göndərilməsi üçün elektron ünvan və məsul şəxslər

S/S

Elektron ünvan

Məsul şəxs

Əlaqə telefonu

1

info@baak.edu.az

Xəyalə İsmayılzadə

Ülviyyə Həzərxanova

+99450 253 04 24

+99455 963 36 49