• Ak. H.Əliyev küç., 135A, Bakı, AZ1073
  • +994 12 564-92-70
  • info@baak.edu.az
EN RU TR

Təhsilalanların əmək bazarına hazırlıq prosesini dərinləşdirmək məqsədiylə Bakı Avrasiya Universiteti və Bakı Avrasiya Kollecinin birgə təşkilatçılığı ilə 26.10.2023-cü il tarixində "Gələcəyə Hazır ol" panel görüşü keçirilmişdir. Görüşün əsas məqsədi dəyişən əmək bazarını daha da yaxından tanımaq, bazarın tələbələrinə cavab verən kadrlarlar yetişdirmək yolunda müzkirələr aparmaq idi. Panel görüşündə 3 spiker olmaqla, universitetin və kollecin 250-ə yaxın tələbə və müəllim heyəti iştirak etmişdir. 

Spikerlərdən, Karyera məsləhətçisi, təlimçi Könül Osmanova "Mütəxəssis olma yolunda" , sahibkar, biznes konslutanat Elxan Sultanlı "Biznes psixologiyası", BPPA-nın üzvü, klinik psixoloq Fuad Əsədov "Niyə özgüvənli olmalıyıq?" mövzularında çıxış etdilər. Görüşün sonunda tələbələrin sualları cavablandırıldı və xatirə şəkilləri çəkildi.