• Ak. H.Əliyev küç., 135A, Bakı, AZ1073
  • +994 12 564-92-70
  • info@baak.edu.az
EN RU TR

Qeydiyyat

Kollecə qəbul olmuş tələbələrin qeydiyyatı 06 oktyabr 2020-ci il  tarixdən 12 oktyabr 2020-ci il tarixədək  online şəkildə aparılacaq.

 

Online qeydiyyat üçün tələb olunan sənədlər:

  1. Tam orta təhsil haqqında attestatın əsli (orta ixtisas və ya ali təhsil müəssisələrini bitirənlər üçün diplom)
  2. Şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilər: şəxsi pasport və ya icazə vəsiqəsi; vətəndaşlığı olmayan şəxslər: şəxsiyyət vəsiqəsi və ya icazə vəsiqəsi)
  3. 3×4 ölçüdə 4 ədəd fotoşəkil
  4. DİM müsabiqəsinin nəticələri
  5. Şəxsi kabinetin istifadəçi adı (FİN), iş nömrəsi, parol
  6. Təhsil haqqı ödənişi qəbzi

 

Təhsil haqqı ödənişi üçün Kollecin bank hesab nömrəsi:

Ünvan: Akademik H.Əliyev 135 A

VÖEN: 1504206421

Kapital Bank ASC-in Qara Qarayev filialı

Bankın VÖEN-i: 9900003611

Kod: 200145

H/H :AZ67AIIB40060019440422748114

M/H: AZ37NABZ01350100000000001944

S.W.İ.F.T. BİK AIIBAZ2X

 

Sənədlərin göndərilməsi üçün elektron ünvan və məsul şəxslər

S/S

Elektron ünvan

Məsul şəxs

Əlaqə telefonu

1

maliyye.iqtisad@baak.edu.az

Kamil Məhəmmədli

Nəzrin Poladova

+99455 310 24 44

(012) 5649270

        

Təhsil haqqından azadolmalar və güzəştlər:

1.Dövlət büdcəsi hesabına:

1.1. Valideyn himayəsindən məhrum olanlar;

1.2. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları olan tələbələr;

1.3. I və II dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar sırasından tələbələr;

1.4. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr (bu tələbələr üçün yalnız 2020/2021-ci tədris ilinin I semestrinin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir)

2.Kollec hesabına:

2.1. Bir ailənin 2 və daha çox övladı Kollecə qəbul olunduqda, qəbul olanların hər birinə illik təhsil haqqından 200 (iki yüz) manat məbləğində güzəşt olunur (bu imtiyaz qəbul olanların eyni müddətdə təhsil aldıqları növbəti tədris illərinə də şamil olunur)

Qeyd. Dövlət büdcəsi hesabına təhsil almaq hüququnu təsdiq edən sənədlər Kollecin maliyye.iqtisad@baak.edu.az elektron ünvanına göndərilməlidir.