• Ak. H.Əliyev küç., 135A, Bakı, AZ1073
  • +994 12 564-92-70
  • info@baak.edu.az
EN RU TR

BAAK-da əcnəbi tələbələrin iştirakı ilə 20 Yanvar faciəsinin 34-cü il dönümü ilə bağlı açıq dərs keçirilib. Bakı Avrasiya Kollecinin Maliyyə-iqtisad şöbəsinin müdiri Anar Yusubov giriş sözü ilə dərsi açıq elan edib və 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Ümumtəhsil və humanitar fənnn birləşmə komsiyyasının müdiri Samirə İsmayılova və kollecin müəllimi Xanım Fətullayeva 1990-cı ilin yanvar ayında Sovet imperiyasının qoşunlarının dinc əhaliyə qarşı törətdiyi cinayətlər haqqında məruzə ilə çıxış ediblər. Çıxışçılar qeyd edib ki, müstəqillik uğrunda mübarizəyə qarşı törədilən qanlı cinayətdən 34 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı öz Şəhidlərini heç vaxt unutmayıb.