BAAK tələbələri Şəhidlər Xiyabanını ziyarət edərək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının-20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edib, məzarlarına tər güllər düzüblər.
1994-cü ildə ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra siyasi-hüquqi qiymətin verildiyi 20 Yanvar hadisələri Azərbaycan xalqının qan yaddaşıdır.
20 Yanvar faciəsinin dünya ictimaiyyəti və beynəlxalq qurumlar tərəfindən tanınması, günahkarların cəzalandırılması istiqamətində bugün də mühüm işlər görülür. Xalqımızın müstəqilliyinə və milli birliyinə mühüm təkan verən 20 Yanvar hadisələri Şəhidlərinin xatirəsi daim qəlblərimizdə yaşayacaq!