Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Bakı Avrasiya Kollecində 01.05.2024-cü il tarixində İqtisadiyyat və idarəetmə fənn birləşmə komissiyasının müəllimi Vüsal Heydərov tərəfindən “Yaşıl iqtisadiyyat” mövzusunda açıq dərs keçirilib.Açıq dərsdə Tədris işləri üzrə direktor müavini Paşa Məmmədov, Tədris şöbəsinn müdiri Həyat Əliyeva, İqtisadiyyat və idarəetmə fənn birləşmə komissiyasının müdiri Gülnaz Salmanova, Daxili keyfiyyət təminatı və monitorinq sektorunun müdiri Sevinc Burzuyeva iştirak etmişdir. Açıq dərs zamanı tələbələrə ətraf mühitin mühafizəsi haqqında məlumatlar təqdim edilib, həmçinin ekologiyanın çirklənməsi, meşələrin qırılması və iqlim dəyişikliyi kimi insan fəaliyyətinin ətraf mühitə təsiri izah edilmiş və bu problemlərin potensial həll yolları müzakirə edilmişdir.
Vüsal Heydərov Azərbaycanda qurulmuş təkrar emal prosesinin "yaşıl iqtisadiyyat"ın inkişafına, rəqabət qabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət etdiyini, müasir iqtisadiyyatda "təkrar emal" anlayışının mühüm yer tutduğunu, həmçinin ölkəmizdə təkrar istehsal sahəsində sahibkarlar və potensial investorlar üçün əlverişli şərait yaratmaq məqsədilə dövlət başçısının 2011-ci il 28 dekabr tarixli Sərəncamı ilə Balaxanı Sənaye Parkının yaradıldığından söz açaraq, Sənaye Parkında həyata keçirilən təkrar emal prosesinin mühüm önəm kəsb etdiyini qeyd edərək, ilkin mərhələdə 7 hektar ərazini əhatə edən Sənaye Parkına marağın artması nəzərə alınaraq sahəsi 10,15 hektara çıxarıldığını vurğulayıb. Həmçinin Vüsal Heydərov azad edilmiş ərazilərin "yaşıl" iqtisadiyyat potensialı haqqında məlumat verib. İştirak edən qonaqlar gələcək nəsillərin inkişafı üçün əlverişli və dayanıqlı ekosistemin yaradılması konsepsiyasının vacibliyini bildirib.