• Ak. H.Əliyev küç., 135A, Bakı, AZ1073
  • +994 12 564-92-70
  • info@baak.edu.az
EN RU TR

BAAK-da COP29 çərçivəsində "İşğal olmuş torpaqlarda törədilən ekoloji terror " adlı tədbir keçirilib.

Tədbirdə  Tədris işləri üzrə direktor müavini Paşa Məmmədov, Daxili keyfiyyət təminatı və monitorinq sektorunun müdiri Sevinc Burzuyeva, Bakı Avrasiya Universitetinin İnnovasiyalar sektorunun müdiri Kamran Qasımov, müəllim və tələbə heyəti iştirak etmişdir. Paşa Məmmədov açılış nitqini etdikdən sonra konfransı açıq elan edib. Dəvət olunmuş mütəxəssislərdən C.ü.f.d Samirə Abuşova “İqlim dəyişmələrinə müharibələrin rolu”, AMEA-nın kiçik elmi işçisi Nazim Gəraylı isə “İqlim dəyişmələrinin öyrənilməsində süni intellektin rolu” mövzusunda çıxış ediblər.

Samirə Abuşova hal-hazırda dünyanın qaynar nöqtələrində baş verən hadisələrin atmosferə olan təsirindən, karbon qazının miqdarının sürətlə arması nəticəsində qlobal istiləşmənin təhlükəli vəziyyət yaratmağından, həmçinin işğaldan azad olmuş ərazilərdə 30 il ərzində törədilmiş ekoloji terorrlardan bəhs edib. Nazim Gəraylı süni intellektin sürətlə inkişafının mənfi tərəflərini qeyd etməkləyanaşı, yaratdığı fürsətlər haqqında geniş məlumat verib. Tədbir tələbələrin suallarının cavblandırılması ilə müzakirə əsasında davam edib.