• Ak. H.Əliyev küç., 135A, Bakı, AZ1073
  • +994 12 564-92-70
  • info@baak.edu.az
EN RU TR

İyun ayının 3-dən etibarən Bakı Avrasiya Kollecində 2023\2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. 

İmtahanlar yazılı şəkildə 2 növbədə, 2 saat-10:00-12:00 və 14:00-16:00 aralığında keçirilir. Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədiylə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və şikayətlərin araşdırılmasını təmin edəcək. 

Sessiya iyulun 5-dək davam edəcək.